Teylor Svift "Forbes" jurnalına görə dünyanın ən zəngin qadın musiqiçisi olub.
"Unikal" xəbər verir ki, onun sərvəti 1,6 milyard dollar qiymətləndirilir.
Nəşrin məlumatına görə, müğənni 2023-cü ilin oktyabrında "Eras Tour"un kassa uğuru sayəsində milyarder olub.
Eyni zamanda, Svift ilk müğənnidir ki, var-dövləti əsasən mahnılardan və ifalardan əldə edilən gəlirlərə əsaslanır.