Bakı, Daşkənd və MDB ölkələrinin digər paytaxtları Birliyin “Əmək Şöhrəti Şəhəri” adına layiq görülən ilk şəhər ola bilər.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Birlik Dövlət Başçıları Şurasının iclasının yekunları üzrə jurnalistlərə bildirib.
"Belə bir titulun verilməsi üçün şəhərin seçilməsi ilə bağlı təkliflər konkret olaraq Birlik dövlətləri tərəfindən veriləcək və bu layihənin hazırlanması zamanı belə şəhərlər çoxdur - bunlar Bakı, Daşkənd və Böyük Vətən Müharibəsi illərində sənaye müəssisələrinin köçürüldüyü, cəbhədə və qələbə üçün çalışan digər paytaxtlardır", - deyə Lebedev bildirib.
Onun sözlərinə görə, Humanitar Əməkdaşlıq Şurası bu təkliflərə baxacaq, sonra onlar təsdiq olunmaq üçün Dövlət Başçıları Şurasının iclasına çıxarılacaq.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasında Birliyin “Əmək Şöhrəti Şəhəri” fəxri adının təsis edilməsi təşəbbüsü ilə çıxış edib.