ABŞ prezidenti Co Bayden Floridaya yaxınlaşan Milton qasırğasına hazırlıqlara şəxsən nəzarət etmək qərarına gəldiyi üçün Almaniyaya uçuşunu təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.
"Milton qasırğasının proqnozlaşdırılan istiqamətini və şiddətini nəzərə alaraq, prezident Bayden hazırlıqlara və cavab tədbirlərinə nəzarət etmək üçün Almaniya və Anqolaya səfərini təxirə salır", - deyə açıqlamada bildirilir.
Baydenin Almaniyaya gedişinin hansı tarixə təxirə salındığı deyilməyib.
Qeyd edək ki, Almaniyada Baydenin Ukrayna üzrə təmas qrupunun iclasında iştirakı planlaşdırılırdı.