ABŞ-nin paytaxtı Vaşinqtonda bir qadın yüzlərlə yenotun evini mühasirəyə alması səbəbindən polisə müraciət edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qeydə alınmış kamera görüntülərində yenotların evə girdiyi və evin ətrafında gəzdiyi görünür.
Qadın yenotların demək olar ki, hər gecə evinin ətrafında dolaşaraq yemək axtardığını və vəziyyətin 6 həftədir ki davam etdiyini bildirib.
Polisdən verilən yumoristik açıqlamada "Biz yenotlar üçün patruldayıq",- deyilib.
Vaşinqton Dövlət Balıq və Vəhşi Təbiət Departamentinin rəsmiləri vəziyyəti "yenot istilası" kimi qiymətləndirib və yerli əhaliyə yenotlara yem verməməsi barəsində xəbərdarlıq edilib.
Zərifə Nağıyeva