Qazaxıstanlı "qanuni oğru" Aytkali Maymuşev həbsxanada intihar edib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. 66 yaşlı Aytkali Maymuşevin asılmış meyiti tapılıb.
Daha çox Lexa Semipalatinski kimi tanınan qanuni oğru 2023-cü ildə narkotik saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, həm də cinayət iyerarxiyasında ən yüksək mövqeni tuturdu.