"Avropa İttifaqının Ermənistanda müşahidə missiyası yerləşdirməsini və bu missiyanı genişləndirərək Kanadadan nümayəndələr qoşmasının yeni təxribatlara hazırlıq prosesi olduğunu hesab edirəm".
Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, Aİ-nin müşahidə missiyasının işi sərhədimizə gələrək binoklla ərazilərimizi müşahidə etmək və məlumat yığmaqdan ibarətdir:
"Əslində Aİ missiyası Ermənistanın təxribatları üçün ssenarilər hazırlayır. Bu günlərdə sərhədimizdə xaç işarəli bayrağın qaldırılması da Ermənistanın çirkin niyyətlərdən uzaqlaşmadığını və yenidən revanşizmə hazırlaşdığının nümayişidir. ABŞ, Fransa, Hindistan və digərləri Ermənistanı sürətlə silahlandırır. Ermənistan silahlandıqca və havadarlardan dəstək artdıqca, Paşinyanın danışıq tərzi dəyişilir və sərhədimizdə uzunmüddətli fasilədən sonra atəş səsləri eşidilir. Son vaxtlar Azərbaycana qarşı sərhəddə təxribatların artmasının kökündə də binoklluların cızdığı planlar və Qərbin tapşırıqları dayanır. Qərb Cənubi Qafqazda yenidən gərginliyin yaranmasında maraqlıdır. Ona görə oda barıt tökməyə çalışır. Amma Ermənistan hakimiyyəti başa düşmür ki, Qərbin planları Ermənistanı hərbi poliqona çevirir və bir gün ermənilər yeni faciə ilə qarşılaşa bilərlər".
Anar Kəlbiyev