"Biz elə hardasa nöqsanları görürük. Bələdiyyə torpaq satdı, məhkəmə qarşısındadır və s. Elə bələdiyyələr var ki, vaxtilə büdcəsində 10,20 min pul yox idi, indi onların büdcəsində milyonlarla vəsait var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.
O bildirib ki, bələdiyyə sədrlərinin sosial şəbəkədə aktivliyi çox aşağıdır: "Heç olmasa gördüyü işləri təbliğ etsinlər. Bizdə bələdiyyələrin təbliğ olunması zəifdir. Təbliğat aparmaq lazımdır ki, əhalinin bələdiyyələrə münasibəti yaxşılaşsın".
Anar Kəlbiyev