Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.

"Unikal" xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 3-cü turda Estoniyanın qonağı olub.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Tallində Estoniyaya uduzub. Beləliklə, portuqaliyalı mütəxəssisin yubileyinə məğlubiyyət "hədiyyə" edən Azərbaycan millisi üçüncü turda da xal qazana bilməyib. Komandamız əvvəlki turlarda evdə İsveçə (1:3) və səfərdə Slovakiyaya (0:2) uduzub.