“XIX Baku Jazz Festival”ın başlanmasına bir həftədən də az vaxt qalıb. Festival oktyabrın 17-dən 27-dək keçiriləcək. Bakı səhnələrində 11 ölkədən ifaçılar çıxış edəcək.

"Unikal"  xəbər verir ki, festivalda Braziliya, İsveç, Çexiya, Rumıniya, Kuba, Fransa, Almaniya, Moldova, İsrail və İtaliyadan olan caz ifaçıları ilə yanaşı, Azərbaycan musiqiçiləri və qrupları da çıxış edəcəklər.

“XIX Baku Jazz Festival” çərçivəsində “Moving Sketch” incəsənət sərgisi, “Best World Jazz Foto” fotosərgisi, Bəhram Bağırzadənin uşaqlar üçün “Caz” kitabının təqdimatı, dünya caz ulduzları ilə görüşlər, o cümlədən “İpək üzərində caz” qurama sərgisi keçiriləcək. 

Festivalın konsertləri və təqdimatları “Jolly Joker”, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya, ADA Universiteti və Caz Klubunda olacaq.