Çikaqo polisi cümə günü günorta saatlarında Vest Sayd rayonunda baş verən qatar soyğunçuluğunu araşdırır.

"Unikal" “NBC Chicago” telekanalına istinadla xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, təxminən 12 nəfər bir saat ərzində yük qatarını qarət edib. Polisin apardığı əməliyyat nəticəsində onlardan altısı saxlanılıb.

Telekanalın məlumatına əsasən, hadisə şəhərətrafı dəmir yolunda qatarların kütləvi ləngiməsinə səbəb olub.