Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
"Unikal" xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi komanda IX turda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Ballimena şəhərindəki “The Showgrounds” stadionunda keçirilən görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 9 oyundan sonra Azərbaycan yığması 3 xalla qrupda sonuncu - altıncı, Şimali İrlandiya isə 10 xalla dördüncüdür.