Quba rayonunda baş verən qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
Unikal”in Şimal bürosunun məlumatına görə, Quba - Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən avtoqəzada "Hyundai" markalı minik avtomobilin sərnişini İbrahimov Ucal Şahbaz oğlu hadisə yerində olub. Sürücü  Balayarov Mehman Bəylər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır. 

Xanlar Qaraca

XXX

09:01

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində "Hyundai" markalı minik avtomobilinin sürücüsü hərəkətdə olan zaman idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Ölən və yaralı şəxsin kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırmalar aparılır. 

Xanlar Qaraca