Virtual Qarabağ Tarix muzeyi İrəvan xanlığının bayrağının görüntüsünü yayıb.
"Unikal" xəbər verir ki, tünd qırmızı ipək parçadan tikilmiş İrəvan xanlığının bayrağında Qurandan surələrin tətbiq olunduğu kartuşlar yer alıb. Aşağıda sağda - "Möminləri müjdələ", solda - "Kömək allahdandır və yaxın qələbə", yuxarıda sağda - "Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik", solda - "Mərhəmətli, rəhimli Allahın adı ilə" sözləri yazılıb.
Təbii boyalarla kətan üzərində çəkilmiş şir və günəş təsvirləri əla vəziyyətdə qorunub saxlanılıb. Əzəmətli aslan sol ön pəncəsində qılınc tutur və başının üstündə sarı nöqtələrlə yazılıb:
“Əs - Sultan əl-Sultan Şah Qacar Fəthəli, 1239” (yeni təqvimə görə 1823- 1824)".