ABŞ prezidenti Co Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır və oktyabrın 18-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla danışıqlar aparmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Bildirilib ki, Almaniya hökuməti və hüquq-mühafizə orqanları səfər zamanı təhlükəsizliyin təmin edilməsi konsepsiyası üzərində işləyir.
Oktyabrın 8-də ABŞ prezidenti supergüclü "Milton" qasırğasının ABŞ-yə yaxınlaşması ilə əlaqədar Almaniya və Anqolaya oktyabrın 10-15-ə planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlmişdi.