Düşənbə ilə Moskva arasında münasibətlərdə heç bir problem yoxdur.
"Unikal" xəbər verir ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin rəhbəri Sirociddin Muhriddin deyib.
Nazirdən Tacikistan Futbol Federasiyasının Rusiya komandası ilə yoldaşlıq oyunu keçirməkdən imtina etməsinə münasibət bildirməsi istənilib. Muhriddin bildirib ki, respublika yığmasının başqa oyunları da var, lakin ölkələr birgə oyun keçirmək imkanı tapacaqlar.
“Rusiya tərəfi ilə digər məsələlərdə heç bir problemimiz yoxdur”, - deyə xarici işlər naziri bildirib.
O, həmçinin qeyd edib ki, iki dövlətin liderləri arasında şəxsi münasibətlər “tamamilə yaxşı, tam dostluq, tamamilə qardaşlıq münasibətləridir” və həmişə belə olacaq.