"Turan Bank" ASC 2024-cü ilin 3-cü rübünün maliyyə vəziyyətini açıqlayıb.
"Unikal" xəbər verir ki, bank bu rüb 66,7 milyon manat faiz gəliri əldə edib.
Bu ötən ilin III rübü ilə müqayisədə 7,3 milyon manat və ya 12% çoxdur. Faiz gəlirlərinin böyük hissəsi, yəni 60,2 milyon manatı müştərilərə verilmiş krediltərdən əldə olunub ki, bu da illik 7,7 milyon manata yaxın və ya 15% artıqdır. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 2,1 milyon manata bərabər olub
Faiz xərcləri isə 1,7 milyon manat və ya 5% artaraq 36,1 milyon manat təşkil edib. Faiz xərcinin də böyük hissəsini - 28,4 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 2,1 milyon manat və ya 8% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 30,3 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 9,1 milyon manat və ya 43% çoxdur.
Qeyri-faiz gəlirləri kəskin artıb
Hesabat dövründə "Turanbank"ın qeyri-faiz gəlirləri 14,8 milyon manat, xərcləri isə 28 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 6,5 milyon manat (79%), xərcləri isə 3,4 milyon manat (14%) artıb.
Qeyri faiz gəlirlərinin 6,8 milyon manatı alınan haqq və komissiya gəlirlərinin, 7,8 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 153 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 2,4 milyon manat (56%), xarici valyutadan gəlirlər 4 milyon manat (2 dəfə) digər gəlirlər isə 116 min manat (4,1 dəfə) artıb.