Mingəçevirdə evdə yaşlı kişinin meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində yerləşən fərdi təsərrüfatlardan birində baş verib. 1956-cı il təvəllüdlü  Məmmədov Cami Həsənxan oğlu evdə ölmüş vəziyyətdə tapılıb. İlkin məlumata görə, onun üzərində zorakılıq əlaməti müəyyən olunmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov