21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.
"Unikal" xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, 9 oyundan sonra Azərbaycan yığması 3 xalla qrupda sonuncu – altıncı pillədə yer alıb.