İran ərazisindən Naxçıvana dəmir yolunun tikintisi Azərbaycanla İran arasında müzakirə edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov X sosial şəbəkəsində yazıb.
O, Tehrana səfəri zamanı iranlı həmkarı Cabbar Əli Zəkəri Sərdroudi ilə bu məsələni müzakirə edib: "Müzakirələrimizin mövzusu “Şərqi Zəngəzur İqtisadi Rayonu” ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin tikintisi olub. Bundan əlavə, biz Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik və “Azərbaycan Dəmir Yolları” QSC-nin hər iki marşrutun inkişafı istiqamətində atdığı addımlardan, eləcə də gələcək planlarımızdan danışdıq".
Ağarza Elçinoğlu