Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilməli olan 4 nəfərin məcburi qaydada məhkəməyə gətirilməsi müzakirəyə çıxarılıb.
Məhkəmə yerindəcə müşavirədən sonra həmin 3 nəfərin məcburi qaydada məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, hadisə bu ilin iyununda paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bəhrəm İbayev aralarında yaranmış mübahisə səbəbdən tanışı Natiq Hüseynova ümumilikdə 14 bıçaq zərbəsi vurub. Natiq Hüseynov aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də ətrafdakıların köməkliyi ilə vaxtında
Sabunçu rayon xəstəxanasına çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
Bəhrəm İbayeva qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, zərərçəkən Natiq Hüseynov əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Seymur Əli