Qazaxıstanda yeni doğulan körpə zibil konteynerinə atılıb və yandırılıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, birgünlük körpə çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Hadisə Semey şəhərində baş verib. Bədəninin 70%-i yanıq xəsarəti alan qız uşağı təcili xəstəxanaya çatdırılıb. Zərərçəkmişin xəsarətləri ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarından gələn videogörüntüləri öyrənir və hadisə şahidlərinin şəxsiyyətini müəyyənləşdirirlər.