Moda dünyasının çoxdan gözlənilən hadisəsi "Victoria's Secret Fashion Show" 6 ildən sonra geri dönüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda keçirilən moda nümayişinə ulduzlar yağıb.
Keçmiş "Victoria's Secret" gözəlləri Alessandra Ambrosio, Tyra Banks və Adriana Lima ilə yanaşı, Taylor Hill və Barbara Palvin kimi yeni nəsil modellər də podiumda öz yerlərini tutublar.
Cher və Blackpink mahnıları ilə verilişə rəng qatıb, Kate Moss, Carla Bruni, Gigi Hadid və Bella Hadid kimi məşhur adlar "Victoria's Secret"in ən yeni modelləri ilə podiuma çıxıblar.
Bildirilir ki, builki şouda böyük ölçülü modellər də iştirak edib. Tədbir "Amazon"un "Prime Video" platformasında canlı yayımlanıb.
Böyük hit olan veriliş tənqidlərə də məruz qalıb. Bəzi fanatlar tədbiri "Victoria's Secretin "ən darıxdırıcı şousu" adlandırıblar.