Malatya vilayətində baş verən güclü zəlzələyə görə təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barəsə şəhər valisi Seddar Yavuz məlumat yayıb. 

 ***12:01

Türkiyənin Malatya bölgəsində 5.9 maqnitudalı zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Episentri Malatyanın Kale rayonu olan 5,9 bal gücündə zəlzələ saat 10.46-da qeydə alınıb. Zəlzələnin 10,07 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

5,9 bal gücündə zəlzələ Diyarbəkir, Tunceli və Elazığda da hiss olunub.

Gülayə Mecid