"Azərbaycan Qarabağın bərpasına yalnız dövlət büdcəsindən hər ay orta hesabla 350 milyon manat ayırır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindəb işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 137.6 milyon manat vəsait yönəldilib.
"Qarabağ yenidən qurlur və inkişaf mərhələsinə qədəm qoyur", - deyə deputat qeyd edib.