Bələdiyyə büdcəsinin gəlir və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişiklikdə öz əksini tapıb.
Layihəyə görə, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.
Anar Kəlbiyev