"Azərbaycan əhalisi spirtli içkiləri az istifadə edən respublikalardan biridir. Amma üzümçülük və şərabçılıq yüksək səviyyədə inkişaf edib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
"Çalışaq əvvəlki kimi elə bir mexanizm quraq ki, spirtli içkilərin ixracını artıraq", - deyə deputat bildirib.
Milli Məclisin üzvü Vüqar Bayramov da qeyd edib ki, Azərbaycan dünyada alkoqollu içki istehlakına görə öndə gedən ölkələrdən deyil.
Anar Kəlbiyev