Oktyabrın 22-si saat 22:00-a olan məlumata əsasən Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli yağış, dağıq ərazilərdə isə qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.
Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.
Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.
*** 18:39
Oktyabrın 22-si saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.
Bu barədə "Unikal"a Milli Hidrometerologiya xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.