Səbail rayonu, 20-ci sahə Arif İsmayılov və Yüzbəy Mürsəlov küçələri ilə yeni çəkilmiş yerüstü qaz xəttinin şəbəkəyə qoşulması, Nizami rayonu, E.Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin hündürlüyə qaldırılması məqsədilə 23.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Unikal"a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Səbail rayonu üzrə Lomonosov, Çerniyakov, İsmayılov, Y. Bədəlov küçələrinin, Nizami rayonu üzrə E.Süleymanov, Naxçıvani və B.Nuriyev küçələrinin, Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin qaz təchizatında fasilə yaranacaq.