Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin Ukraynaya səfəri ehtimalını rədd edib.
"Unikal" xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilir ki, bu, BMT rəhbərinin Rusiyanın Kazan şəhərində baş tutan BRİKS sammitində iştirakı ilə bağlıdır.
"BMT-nin baş katibi BRİKS sammitindən sonra Ukraynaya səfər etmək istəyib, lakin onun səfəri Ukrayna tərəfi tərəfindən təsdiqlənməyib", - KİV yazıb.
Gülayə Mecid