ABŞ-dən olan bir qadın valideynlərini razılığı olmadan onu dünyaya gətirdikləri üçün məhkəməyə verib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Kass Teaz adlı qadın bununla bağlı video hazırlayıb. İddia onun razılığı olmadan valideynlərinin onu dünyaya gətirməsi olub.
"Mən doğulmamışdan əvvəl mənimlə əlaqə saxlamağa çalışmadılar", - deyə Teaz bildirib.
Bu açıqlama Kassın abunəçiləri arasında qızğın müzakirələrə səbəb olub. Bəziləri onun şəxsiyyətinə diqqət çəkmək üçün xüsusi olaraq belə bir video çəkdiyini bildiriblər.