Ukraynada yeni sosial proqram həyata keçiriləcək. Dekabrın 1-dən ölkənin hər bir sakininə min qriven ödəniləcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında dərc olunan müraciətində bildirib.
"Adam başına min qriven - bir ailə üçün bir neçə minə başa gələcək", - deyə Zelenski qeyd edib.
Dövlət başçısının sözlərinə görə, bu pul “Ukrayna məhsul və xidmətlərinin, o cümlədən kommunal və elektrik enerjisinin ödənilməsinə xərclənə bilər”.
O qeyd edib ki, bu vəsait həm də qatar biletləri, Ukrayna dərmanları, Ukrayna dilində kitablar almaq üçün də istifadə olunacaq.