Gürcüstan müxalifəti oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini qəbul etməyəcək.
"Unikal" xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində respublikanın baş naziri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, müxalifət bununla belə etirazlara da qalxmayacaq.
"Onlar, təbii ki, seçkilərin nəticələrini qəbul etməyəcəklər, lakin müxalifətin ölkədə iğtişaşlar yaratmaq üçün resursları yoxdur", - deyə Kobaxidze bildirib.
Gürcüstan hökuməti başçısı bildirib ki, hüquq-mühafizə orqanları əvvəllər bütün iğtişaş cəhdlərinin qarşısını alıblar və bu, indi də belə olacaq.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu, seçki məntəqələrinin 74 faizində quraşdırılacaq və seçicilərin demək olar ki, 90 faizini əhatə edən elektron seçki qutularından istifadə edilən ilk seçki olacaq. Səsvermə bülletenlərindən səsləri oxuyan cihazlardan əlavə, seçiciləri yoxlamaq üçünxüsusi texnologiyadan istifadə ediləcək.