Kral III Çarlz xərçəng xəbərindən sonra yeməkdən imtina etməyə başlayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 78 yaşlı III Çarlz xərçəng xəbərindən sonra pəhrizini dəyişib. Məlumata görə, o, bir müddət nahardan imtina edərək, onu avokado ilə əvəz edib.
"Bir az istəksiz olsa da, o, indi nahar vaxtı nəsə yeyir", - deyə kral ailəsinə yaxın mənbə bildirib.