İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində ölən əsgərlərin sayı 4-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

***12:51

İsrailin ötən gecə etdiyi hücumlarda 2 iranlı hərbçi həlak olub. 

"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikası Ordusu açıqlayıb. 

"İran İslam Respublikası Ordusu cinayətkar sionist rejimdən İranın təhlükəsizliyini müdafiə etmək və İranın milləti və mənafeyinə vurulan zərərin qarşısını alarkən iki əsgərini qurban verib", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu