İsrail ordusunun Livanın cənubundakı kəndləri fosfor bombaları ilə vurub. 

"Unikal" Livanın rəsmi xəbər agentliyi NNA-ya istinadən xəbər verir ki,  İsrail ordusu Nəbatiyə şəhərinin kəndlərini fosfor bombaları ilə hədəfə alıb. 

Hücum nəticəsində kəndlərdə böyük yanğınlar baş verib. Şəhərin bəzi kəndlərində elektrik enerjisi tamamilə kəsilib. 

İsrail ordusu da cənubdakı bəzi şəhər və kəndlərə hava zərbələrini davam etdirib. Hücumlarda ölən və ya yaralanan olub-olmadığı barədə məlumat verilməyib. 

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla, ümumilikdə 2634 nəfər ölüb, 12252 nəfər yaralanıb.