Elm adamları hazırladıqları "üzgüçülük papağı"na bənzər cihazın depressiyaya təsirini qiymətləndirib və cihazı ağır depressiya diaqnozu qoyulan 174 nəfər üzərində sınaqdan keçiriblər.
"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
Beynin qərar qəbul etmə ilə bağlı hissəsinə zəif elektrik cərəyanları ötürən cihazdan 10 həftə ərzində müntəzəm istifadə edənlərdə depressiya əlamətlərində "görünəcək dərəcədə azalma" müşahidə olunub.
Uzaqdan aparılan klinik araşdırma çərçivəsində iştirakçılar iki ayrı qrupa bölünüb. Müalicə qrupunda olanlar cihazdan ilk 3 həftədə 5 dəfə, sonrakı 7 həftədə isə həftədə 3 dəfə olmaqla 30 dəqiqəlik seanslarda istifadə ediblər. Nəzarət qrupundakı xəstələr seansın əvvəlində yalnız qısa bir cərəyan impulsu verən və eyni stimullaşdırma hissini təqlid edən simsiz qulaqlıq taxıblar.
Aparılan araşdırmalar nəticəsində inkişaf etdirilən cihazdan istifadə edən iştirakçıların depressiya əlamətlərinin nəzarət qrupu ilə müqayisədə təxminən 58 faiz azaldığı qeyd edilib.
Elm adamları bu cihazın depressiya üçün standart müalicə üsullarına və psixoterapiyaya cavab verməyən insanların üçdə birindən çoxu üçün təməlqoyma ola biləcəyini vurğulayıblar.
Gülayə Mecid