Rusiyanın Kirov vilayətində göyərtəsində 4 nəfərin olduğu Mi-2 helikopteri sərt eniş edib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, hadisə nəticəsində dörd nəfər həyatını itirib.
"Söhbət bir pilot, bir həkim və iki tibb işçisinin olduğu tibbi helikopterdən gedir. Helikopter qəzaya uğradıqdan sonra hadisə yerində yanğın başlayıb və təcili yardım xidmətləri tərəfindən söndürülür", - məlumatda qeyd olunub.