Venesuelada itkin düşən müxalif Xalq İradə Partiyasının lideri Edvin Santos yol kənarında ölü tapılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partiya rəsmiləri Santosun təhlükəsizlik qüvvələri tərəfindən qaçırılaraq işgəncə ilə öldürüldüyünü iddia edib.
Hökumət rəsmiləri isə müxalif siyasətçinin yol qəzasında öldüyünü açıqlayıb.