Türkiyənin Adana şəhərində bədbəxt ailə faciəsi baş verib.
"Unikal" xəbər verir ki, Şəmsəddin Erkuvan adlı kişi Adana qəbiristanlığında Şenay Gerçek və qızları Qaye və Güldane Gerçeki qətlə yetirib.
Hadisədən sonra günlərlə "Kirpi yuva"sında gizlənən cani polis tərəfindən saxlanılıb.
Məlum olub ki, Güldane Şəmsəddinin gəlini imiş. Aylar əvvəl Güldane dini nikahda yaşadığı Müzəffər Erkuvanı fikir ayrılıqlarına görə tərk edib. Buna dözməyən Müzəffər Gerçek ailəsinin bağında özünü asıb. M. Erkuvanın atası Şəmsəddin də oğlunun ölümündə Gerçek ailəsini günahlandırıb.
Güldane anası və bacısı ilə qəbiristanlığa gedərək, Müzəffərin məzarını ziyarət edib. Bu zaman Şəmsəddin onları amansızcasına qətlə yetirib. Kişi polisə ilkin ifadəsində "Əsəbiləşdim, dözmədim və öldürdüm" deyib.
Onun barəsində cinayət işi açılıb. Fakt araşdırılır.