Filippində "Trami" tropik qasırğasının yaratdığı genişmiqyaslı daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin və itkin düşənlərin sayı 130-a çatıb.
"Unikal" "Associated Press"ə istinadən xəbər verir ki, ölkə prezidenti şənbə günü bir çox ərazinin təcrid olunmuş vəziyyətdə qaldığını və insanların xilas edilməsinə ehtiyac olduğunu bildirib.
Cənub-Şərqi Asiyanın arxipelaqlarını vuran ən ölümcül və ən dağıdıcı fırtınalardan biri cümə günü Filippinin şimal-qərbində baş verib, həmin gün ən azı 85 nəfər ölüb, 41 nəfər isə itkin düşüb.