İsrailin şimalındakı 25 yaşayış məntəqəsinin sakinləri yaşayış yerləri hərbi hədəflərə çevrildiyi üçün dərhal evlərini tərk etməli və təxliyə edilməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Livanın şiə "Hizbullah" hərəkatı ivrit dilində müvafiq bəyanat yayıb.
"Kəndləriniz Livana hücum edən hərbi qüvvələrin evinə çevrilib və buna görə də oranı tərk edin".
Oktyabrın 26-da Hizbullah bir gündə İsrailə qarşı 48 hərbi əməliyyat keçirdiyini açıqlayıb.