"İsrail İranda vurduğu hədəfləri ABŞ-nin diktəsi ilə deyil, öz milli maraqları əsasında seçib".
"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Netanyahunun ofisi İsrailin ABŞ-nin təzyiqi nəticəsində İranın qaz və neft obyektlərini vurmaqdan yayındığına dair "tamamilə yalan" yerli televiziya xəbərinə cavab olaraq bəyanat yayıb.
"İsrail hücum üçün hədəfləri Amerikanın diktəsi ilə deyil, öz milli maraqlarına uyğun olaraq əvvəlcədən seçib. Belə idi və belə də olacaq", - İsrail Baş Nazirinin dəftərxanasının bəyanatında deyilir.