Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə səsvermə başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Seçki məntəqələri saat 20:00-da bağlanıb və səslərin hesablanması başlayıb.
Yekun seçici fəallığı və seçkilərin nəticələri ilə bağlı ilkin məlumatlar oktyabrın 28-də açıqlanacaq.
Seçkilərdə Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP), Özbəkistan Xalq Demokratik Partiyası (ÖXDP), Özbəkistanın “Milliy Tiklanish” Demokratik Partiyası (“Milli Dirçəliş”), “Adolat” Sosial Demokrat Partiyası (“Ədalət”) və Ekologiya Partiyası mübarizə aparıb.
*** 15:44
Yerli vaxtla saat 15:00-a olan məlumata görə, Özbəkistanda parlament seçkilərində seçici fəallığı 62,7 faiz təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Baxrom Kuçkarov MSK-da keçirdiyi brifinqdə deyib.
O cümlədən, 19,9 milyon vətəndaşın səsvermədə iştirakı gözlənilir, onlardan 12,5 milyonu saat 15:00-a artıq seçkilərdə səs verib.
Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.
Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.
Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.
XXX
11:49
Özbəkistanda parlament seçkiləri keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə yerli Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Seçici fəallığının saat 11:00-a 29,58% təşkil edildiyi qeyd olunub.