"Ən geci, gələn ilin ilk aylarından Avropa İttifaqı və ABŞ ilə münasibətlərin keyfiyyətcə bərpasına başlanılacaq".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, hakim “Gürcü arzusu” partiyasının əsas xarici siyasət prioriteti Avropa İttifaqına inteqrasiyadır.
“Biz münasibətlərin yenidən qurulmasını gözləyirik və düşünürəm ki, belə də olacaq. Bu proses gələn ildən xüsusilə intensiv şəkildə başlayacaq. Düşünürük ki, Ukraynadakı müharibə əvvəlcədən proqnozlaşdırılandan tez başa çatacaq. Gələn ilin əvvəlindən Avropa İttifaqı və ABŞ ilə münasibətlərdə keyfiyyət dəyişikliyi olacaq.
Bizim əsas xarici siyasət prioritetimiz Avropa İttifaqına inteqrasiyadır. Ona görə də münasibətlərin hazırkı vəziyyətini qəti şəkildə bəyənmirik. Düşünürük ki, bu istiqamətdə ilk əlamətlər tezliklə görünəcək. Gələn ilin ilk aylarından etibarən ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən münasibətlərin keyfiyyətcə bərpası baş verəcək. Hesab edirəm ki, bu, Aİ və ABŞ üçün də vacibdir”, - deyə İrakli Kobaxidze bildirib.