Misir bir neçə fələstinli məhbusun əvəzində dörd israilli girovun azad edilməsi üçün Qəzzada iki günlük atəşkəs təklifi irəli sürüb.
"Unikal" xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib.
Qahirədə keçirdiyi mətbuat konfransında əs-Sisi vurğulayıb ki, son günlər Misirin məqsədi atəşkəs yaratmaq olan təşəbbüs üzərində fəal şəkildə işləyir.
"Bu təklif çərçivəsində İsrail həbsxanalarında saxlanılan 4 girov və bir neçə məhbusun azad edilməsi planlaşdırılır", - deyə siyasətçi qeyd edib.