İsrailin ötən ilin oktyabr ayından Qəzza zolağına hücumları nəticəsində 180 jurnalist və media işçisi həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı xəbər yayıb.
Ölənlərin sayına İsrailin bugünkü hücumlarında həlak olan üç fələstinli jurnalist də daxildir.
Qəzza hökümətinin mətbuat xidməti beynəlxalq ictimaiyyəti və mətbuat təşkilatlarını "işğalın qarşısını almaq və davam edən cinayətlərinə görə beynəlxalq məhkəmələrdə mühakimə etmək və davam edən soyqırımı və fələstinli jurnalistlərin qətlini dayandırmaq üçün İsrailə təzyiq etmək" üçün müdaxilə etməyə çağırıb.
Xatırladaq ki, İsrail daha əvvəl ölən altı Əl-Cəzirə jurnalistini Fələstin qruplaşmalarında iştirakda ittiham etmişdi.