İran müharibəyə can atmır, lakin İsrailin bu yaxınlarda ölkənin suverenliyi və ərazi bütövlüyünə təcavüzü fonunda öz hüquqlarını müdafiə edəcək.
"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian mediaya açıqlamasında deyib.
"Dünya şahiddir ki, ABŞ başda olmaqla bu cinayətkar rejimin tərəfdarları insan haqları və azadlıqlarından danışırlar, lakin qan və zorakılıq qarşısında susurlar. Biz bilirik ki, Birləşmiş Ştatlar İsraili bu dəhşətli cinayətləri törətməyə təhrik edir. Onlar (amerikalılar) İranın təmkininin müqabilində müharibəni bitirəcəklərinə söz verdilər, lakin təəssüf ki, vədlərinə əməl etmədilər", - deyə İran prezidenti qeyd edib.