Fici arxipelaqının əsas adası Viti Levunun şərq sahillərindən bir qədər aralıda 5,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.
Zəlzələ oktyabrın 28-nə keçən gecə qeydə alınıb. Mütəxəssislərin fikrincə, yeraltı təkanların mənbəyi təxminən 600 km dərinlikdə, ocağı isə okeanda, Ficinin paytaxtı Suvadan 350 km aralıda olub. Bu qəsəbədə 94 minə yaxın insan yaşayır.
Geoloji büro zəlzələdən sonra sunami təhlükəsinin elan olunmadığını vurğulayıb. Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.
Gülayə Mecid