Ukraynanın PUA-ları Rusiyanın Voronej vilayətinin Anninski və Novoxoperski rayonlarında iki müəssisəyə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Vilayətin qubernatoru Aleksandr Qusev bildirib ki, hücum nəticəsində iki işçi yaralanıb: "Dünən gecə Voronej vilayətində iki müəssisə düşmənin pilotsuz uçan aparatları tərəfindən hücuma məruz qalıb , müəssisənin iki əməkdaşı yaralanıb, biri stasionar müalicəyə, ikincisi isə ambulator müalicəyə göndərilib".
Qusevin sözlərinə görə, hücumdan sonra başlayan yanğın söndürülüb. Yanğın zamanı bir neçə müxtəlif təyinatlı bina və tikililərə, eləcə də avadanlıqlara ziyan dəyib. Bundan əlavə, yaxınlıqda yerləşən avtomobillərin olduğu iki qaraja da ziyan dəyib.
Ağarza Elçinoğlu