Britaniya hökuməti 2025-ci il iyunun 1-dən İngiltərə, Şotlandiya və Uelsdə birdəfəlik elektron siqaretlərin satışını qadağan edir.
"Unikal" xəbər verir ki, qanun layihəsi rəsmən təqdim edilib.
Birdəfəlik siqaret məhsullarını qadağan etməklə hökumət gənclərin nikotinə çıxışını azaltmaq və həssas əhali arasında nikotin asılılığı ilə bağlı artan narahatlığı aradan qaldırmaq istəyir.
Sağlamlıqla bağlı narahatlıqla əlavə, qadağanın birdəfəlik siqaretlərin yaratdığı artan ekoloji yükü azaldacağı da düşünülür.
Ötən il Britaniyada hər həftə təxminən beş milyon birdəfəlik siqaret atıldığı, təkrar emal edilməsi çətin olan böyük miqdarda tullantı əmələ gətirdiyi bildirilib. Atılan elektron siqaretlərin tərkibində litium, plastik və civə kimi digər zəhərli maddələr var ki, bu da ətraf-mühitə atıldıqda suları və torpağı çirkləndirir.
Bundan əlavə, elektron siqaretlərdə olan litium-ion batareyalar təkrar emal zavodlarında və zibilliklərdə yanğın təhlükəsi yaradır.
Zərifə Nağıyeva